Dərc edilib: 24-10-2018

https://www.nuh.az/17648-.html

Bakı ƏMİQAYIRMA zavodu

24.10.2018 14:53:32

Dünya

“Bakı Gəmiqayırma Zavodu” son günlər bəzi elektron media resursları və sosial şəbəkələrdə yayılan fotoşəkillə bağlı ətraflı məlumat yayıb.


“Qafqazinfo” xəbər verir ki, açıqlamada bildirilir ki, zavodun əməkdaşları tərəfindən zavodun adı qeyd edilən lövhədə bəzi hərflərin təmir məqsədilə çıxarılan zaman aşağıda adları qeyd edilmiş şəxslər tərəfindən çəkilmiş fotoşəkil belə böyük bir rezonansa səbəb olub. 

Açıqlamada qeyd olunur ki, 22 oktyabr saat 11:00 radələrində BGZ- nin əsas giriş qapısında yerləşən və zavodun adı qeyd edilən lövhənin üzərində təmizlik işləri görülərkən bəzi hərflərin rənginin solduğu, yerindən qopa biləcəyi müəyyən edilib və bu barədə zavodun aidiyyatı şöbəsinə məlumat verilib. Əməkdaşlar tərəfindən qeyd edilən lövhəyə baxış zamanı bu öz təsdiqini tapıb və hərflər bərpa edilməsi məqsədi ilə çıxarılaraq boya sahəsinə aparılıb. 

“Elə həmin gün, saat 16:40 radələrində qeyd edilən təmir işləri başa çatdırılaraq hərflər yerinə bərkidilib.

BGZ- də hal hazırda təmir edilən gəmilərdən birinin əməkdaşları, ikinci köməkçi Məmmədov Hikmət və bosman Babayev Elşad yuxarıda qeyd edilən vaxt əsnasında, daha dəqiq desək saat 16:13 radələrində bu lövhəni görüb və onun fotoşəklini çəkərək digərləri ilə paylaşıblar. 

Məlumat üçün bildiririk ki, BGZ- nin daxili qaydalarına uyğun olaraq zavod ərazisində foto və video çəkilişləri xüsusi icazə olmadan aparıla bilməz və qəti şəkildə qadağandır. Bu birmənalı olaraq hər kəsə bildirilməklə yanaşı ərazidə xüsusi qadağa nişanları ilə də göstərilib. Yuxarıda adları qeyd edilən şəxslər BGZ- nin daxili qaydalarını pozduqları üçün onların zavod ərazisinə girişi qadağan olunub və bu barədə onların çalışdıqları şirkətə yazılı şəkildə məlumat verilib”.

Zavod rəhbərliyi zavod ərazisinə daxil olan bütün əməkdaşları və qonaqları daha diqqətli olmağa, daxili qaydalara riayət etməyə və bu kimi halların təkrarlanmaması üçün daha çox səy göstərməyə çağırıb.

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib