Dərc edilib: 24-10-2018

https://www.nuh.az/17650-.html

Dövlət universitetində tələbələrə saqqal qadağası qoyuldu

24.10.2018 16:26:37

İdman

Sumqayıt Dövlət Universitetində (SDU) tələbələrə saqqal saxlamaq qadağan edilib.

 A24.Az-ın  verdiyi xəbərə görə, bu barədə SDU-nun bir qrup tələbələri tərəfindən daxil olan məlumatda deyilir.
Bildirilir ki, universitetdə tələbələrə saqqal saxlamaq bir müddətdir ki, qadağan edilib. Buna görə də onlar dərsə buraxılmırlar. Eyni zamanda, saqqal saxlayan tələbələrin auditoriyaya buraxılmaması və onlara qaib yazılması göstərişi verildiyi bildirilir. Bunun üçün də tələbələr sözügedən qadağaya etiraz etdiklərini bildirirlər. Onların sözlərinə görə, məlum qadağa yeni tədris ili başlanandan sonra daha sərt şəkildə qüvvəyə minib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib