Dərc edilib: 25-10-2018

https://www.nuh.az/17653-.html

Putindən Avropaya gözdağı - “Cavab vermək məcburiyyətində qalarıq”

25.10.2018 07:58:27

Müsahibə

Rusiya prezidenti Vladimir Putin ABŞ-ın “Orta Mənzilli Nüvə Qüvvələri Razılaşması”ndan çıxacağı ilə bağlı qərarına münasibət bildirib.

“Qafqazinfo” “Euronews”a istinadən xəbər verir ki, Putin bu qərarın çox təhlükəli olduğunu, sonrakı proseslərin silah yarışına çevriləcəyini söyləyib.

O bildirib ki, bu situasiyada əsas sual Avropanın nə edəcəyi ilə bağlıdır:

“Avropa yeni ortaya çıxacaq raketlərlə nə edəcək? Əgər yeni raketlər Avropaya təhvil verilərsə, təbii olaraq biz də cavab vermək məcburiyyətində qalacağıq. Bunu qəbul edən Avropa ölkələri isə öz torpaqlarını əks-həmlə riski altına saldıqlarını anlayacaqlar”.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib