Dərc edilib: 25-10-2018

https://www.nuh.az/17654-.html

Tarixçi: "Azərbaycanın ilk adı Hatarbaadda olub"

25.10.2018 08:06:30

Mədəniyyət

Bu, Qızıl Özən çayı ətrafındakı torpaqlara verilən addır. "İlk dəfə Azərbaycan adı e.ə. VIII əsrə aid mixi yazılı bir kitabədə "Andirpatianu" şəklində qeydə alınıb və Qızıl Özən çayı ətrafındakı torpaqlara verilən addır".
Qaynarinfo xəbər verir ki, bu fikirləri tarixçi Əkbər Nəcəf özünün Facebook səhifəsində yazıb.
O, bildirib ki, e.ə. 550-ci ildə Elam mətinlərində isə Azərbaycan adı "Ha-tar-ba-ad-da" şəklində yer alıb:
"Bu ad e.ə. IV əsrdə Atarapatakan şəklində keçir və eyni ad XIX əsrə qədər süryani mənbələrində dəyişmədən davam edib.
Siyasi-coğrafi bir ad olaraq "Atropatena" sözü Atropatena dövlətindən sonra ilk dəfə Eldənizlər Atabəyliyi dövründə istifadə edilib. Eldənizlərin rəsmi adı belə idi: Aran və Azərbaycan Atabəyləri.
Azərbaycan adı bir də 1918-ci ildə siyasi məfhum qazanıb”.

NUH informasiya agentliyi səhifəsindən çap edilib