Dərc edilib: 25-10-2018

https://www.nuh.az/17657-.html

Ata ilə oğlu evə girən oğrunu qətlə yetirdi - Bakıda

25.10.2018 10:30:36

Kriminal

Bakıda ata və oğul evlərinə girən oğrunu öldürüb.

“Qafqazinfo”ya daxil olan məlumata görə, hadisə dünən gecə saatlarında baş verib.

Bayıl qəsəbəsində yaşayan 54 yaşlı Sakit Abdullayev oğlu 18 yaşlı Faiq Abdullayevlə birlikdə evlərinə oğurluq etmək üçün daxil olan əvvəllər məhkum olunmuş Əhəd Həsənovu bıçaqlayaraq qətlə yetiriblər.

Ata və oğlu saxlanılıb.

Səbail rayon prokurorluğunda araşdırmalar davam etdirilir

NUH informasiya agentliyi səhifəsindən çap edilib