Dərc edilib: 25-10-2018

https://www.nuh.az/17666-.html

Hövsanda ağac qadınların üstünə aşdı - 3 nəfər yaralandı

25.10.2018 16:57:59

Reportaj

Paytaxtın Suraxanı rayonu, Hövsan qəsəbəsində güclü külək nəticəsində ağac aşıb və üç qadın yaralanıb. 

 

Oxu.Az   xəbər verir ki, hadisə Olimpiya Kompleksinin yaxınlığında baş verib.

Belə ki, qadınlar skamyada əyləşən zaman ağac onların üzərinə aşıb. Qadınlar xəsarət alıblar. Onlardan birinin vəziyyəti ağırdır.

***

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova “Qafqazinfo”ya bildirib ki, xəsarət alan qadınlar 31, 35, 39 yaşlarındadır: “Onların vəziyyəti orta ağır olaraq qiymətləndirilir. Biri müştərək travma, biri qapalı kəllə beyin travması, digərində isə sol ayağının zədələnməsi halı baş verib”

NUH informasiya agentliyi səhifəsindən çap edilib