Dərc edilib: 28-10-2018

https://www.nuh.az/17696-.html

Ramiz Zeynalov jurnalistə - “ Əə, get işinlə məşğul ol”

28.10.2018 14:33:48

Maraqlı

General Ramiz Zeynalov jurnalistə: “ Əə, get işinlə məşğul ol”

 

İki gün əvvəl  “Bizimyol.info”   saytının  yaydığı  məlumatda qeyd olunurdu ki,  Respublika Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general-mayor Ramiz Zeynalov  istefası ilə bağlı  daxili işlər nazirinə raportla müraciət edib. 

Məsələyə aydınlıq gətirmək üçün Azeripress.az  saytının əməkdaşı  cənab generalla telefon əlaqəsi saxlayıb.

Əməkdaşımızın “Cənab general, istefanızla bağlı yayılan xəbərə aydınlıq gətirmənizi xahiş edirik”  müraciətinə Ramiz  Zeynalov çox əsəbi şəkildə “ Əə, get işinlə məşğul ol...mən təbirdəyəm...məndən istefa barədə nəsə eşitmisiniz”  deyərək  telefonu  söndürüb.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib