Dərc edilib: 30-10-2018

https://www.nuh.az/17717-.html

Siyalə Rüstəmova instituta direktor təyin olundu

30.10.2018 13:12:52

Maraqlı

NUH.az-a  daxil olan məlumata  görə,  Baytarlıq Elmi-Tədqiqat  İnstitutunun ( BETİ ) direktoru  Tamilla  Əliyeva  vəzifəsindən azad edilib. 

BETİ-nin  direktoru  vəzifəsinə Siyalə  Rüstəmova  təyin olunub.  

Məlumat üçün  qeyd edək ki, S.Rüstəmova  Baytarlıq Dövlət Xidmətinin sabiq rəisidir. Onun sonuncu iş yeri Qida Təhlükəsizliyi Agentliyi ( QTA) olub. 

Sabiq direktor Tamilla Əliyeva isə QTA-da  çalışır. 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib