Dərc edilib: 30-10-2018

https://www.nuh.az/17725-.html

Prezident iki nazir müavini təyin etdi

30.10.2018 18:31:47

Hadisə

Prezident İlham Əliyev Natiq Məmmədovun Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Qaynarinfo xəbər verir ki, sərəncamla Natiq Nəsir oğlu Məmmədov əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsindən azad edilib.
Dövlət başçısının digər sərəncamları ilə Vüsal Zakir oğlu Nəsirlivə Anar Rəhim oğlu Əliyev əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini təyin olunublar.

NUH informasiya agentliyi səhifəsindən çap edilib