Dərc edilib: 01-11-2018

https://www.nuh.az/17737-.html

Ermənistan tarixində ən böyük amnistiya qəbul edildi

01.11.2018 12:34:18

Region

Ermənistan parlamenti növbədənkənar iclasında ikinci və yekun oxunuşda ölkə tarixinin ən böyük amnistiya layihəsini qəbul edib.

“Qafqazinfo” xəbər verir ki, səsvermənin nəticəsinə əsasən, 75 nəfər layihənin qəbul olunması leyhinə səs verib. Əleyhinə və bitərəf qalan olmayıb. 

Qeyd edək ki, amnistiya qərarı 2016-cı ildə Yerevanda polis post-patrul bölməsini ələ keçirən “Sasna çrer” silahlı qruplaşmasının üzvlərinə, həmçinin 2015-ci ilin aprelində “erməni soyqırımı” qurbanlarının anım günündə kütləvi etiraz aksiyası planlaşdıran məhkumlara da şamil olunacaq. 

NUH informasiya agentliyi səhifəsindən çap edilib