Dərc edilib: 01-11-2018

https://www.nuh.az/17738-.html

Məşhur azərbaycanlı inqilabçının qızı, "oğru aləmi"nin qadın əfsanəsi (VİDEO)

01.11.2018 12:48:26

Kriminal

Klara Yusifzadə Azərbaycanın tanınmış inqilabçısı Ağababa Yusifzadənin ailəsində doğulub. 3 yaşı olarkən atası represiya qurbanı olub. Vətən müharibəsi başlananda qardaşları cəbhəyə yollandıqdan sonra imkansızlıqdan cinayət aləminə düşüb. İlk dəfə həbsə girərkən 15 yaşı olub. Ömrünün 32 ilini dəmir barmaqlıqlar arxasında keçirmişdir. Zerkalo ləqəbi ona çox gözəl bir xanım olduğu üçün verilmişdir.
Qaynar TV xəbər verir ki, Azərbaycanda tarixdə qalan məşhur qadın cinayətkarlardan biri də Zerkalo Klara olub. Zerkalo Klara... Əsl adı - Klara Yusifzadə. 1934-cü ildə Şuşada Azerbaycanın tanınmış inqilabçısı Ağababa Yusifzadənin ailəsində dünyaya göz açıb. 3 yaşı olarkən atası represiya qurbanı olub. Vətən müharibəsi başlananda qardaşları cəbhəyə yollandıqdan sonra imkansızlıqdan cinayət aləminə düşüb. İlk dəfə həbsə girərkən 15 yaşı olub. Ömrünün 32 ilini dəmir barmaqlıqlar arxasında keçirmişdir. Zerkalo ləqəbi ona çox gözəl bir xanım olduğu üçün verilmişdir. Maraqlısı odur ki, arxivdə bütün sənədlərdə onun adı "KlaraYusifzadə Ağababa oğlu” yazılıb. 
Zerkalo Klara 50-60-cı illərdə "Pəncəli Aslan” və "Paxan” ləqəbləriylə tanınan şəxslərin rəhbərlik etdiyi "banda”nın üzvü olub. Həmin məşhur "banda” Azərbaycan tarixində Cəmşid Əmirovun "Qara Volqa” əsəri ilə tanınıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib