Dərc edilib: 02-11-2018

https://www.nuh.az/17745-.html

İki jurnalistə vəzifə verildi

02.11.2018 13:09:44

Hadisə

Tanınmış iki jurnalistə dövlət qurumunda vəzifə verilib. “Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı ASAN-ın mətbuat xidmətinin rəhbəri Elnur Niftəliyev sosial şəbəkədə yayıb.

Onun sözlərinə görə, Günay Yelmarqızı Dənizkənarı Bulvar İdarəsinin,  Elnur Kələntərov isə Dövlət Miqrasiya Xidmətinin mətbuat katibi vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Günay Yelmarqızı son olaraq CBC Televiziyasının Xəbərlər Redaksiyasının buraxılış redaktoru, Elnur Kələntərov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbəri vəzifəsində çalışıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib