Dərc edilib: 02-11-2018

https://www.nuh.az/17747-.html

Restoranda müştərini öldürüb, ətindən yemək hazırladılar

02.11.2018 13:24:06

Kriminal

Dünyanın turizm ölkələrindən olan Tailanda restoranların birində dəhşətli cinayət hadisəsi baş verib.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, vegeterianlar üçün nəzərdə tutulmuş restoranda 61 yaşlı kişi doğranaraq ətindən yeməklər hazırlanıb. Müştərilərdən bəzilərinin yeməklərdəki qiymənin dadından şübhələnməsi polisi hərəkətə keçirib.

Axtarış zamanı restoranın arxa həyətində qətlə yetirilmiş Prasit İnpathomun parçalanmış cəsədi tapılıb. Məlum olub ki, restoranın çoxdankı müştərisi olan Prasit məkanın sahibi ilə dava edib. Sahibkar isə bu davanı ona bağışlamayaraq 61 yaşlı kişini qətlə yetirib və onu doğrayaraq ətini müştərilərə servis edib. Nə qədər müştərinin insan əti yeməsi isə məlum deyil.

 


 

NUH informasiya agentliyi səhifəsindən çap edilib