Dərc edilib: 02-11-2018

https://www.nuh.az/17750-.html

“İstəmirsinizsə, iclasa gəlməyin, imkan verin danışaq”

02.11.2018 14:00:10

Müsahibə

Noyabrın 2-də Milli Məclisin (MM) növbəti plenar iclasında məhkəmələrə yeni hakimlərin namizədliklərinin təsdiqlənməsi ilə bağlı məsələnin müzakirəsi zamanı gərginlik yaşanıb.

“Qafqazinfo” xəbər verir ki, müzakirələr zamanı millət vəkili Zahid Oruc ölkədə alternativ cəzaların sayının artmamasının narahatlıq doğurduğunu vurğulayıb.

Onun sözlərinə görə, son zamanlar məhkəmələrdə bəraətlə bağlı hansısa qərara, hökmə rast gəlinməyib: “Hansı ki, alternativ cəzaların verilməsi nəzərdə tutulur. Ən azı 10-a yaxın alternativ cəza növü var. Amma bunlara rast gəlmək  olmur”.

Z. Orucun çıxışı zamanı yerdən bəzi deputalar tərəfindən etirazlar olub.

Bu isə millət vəkilini əsəbləşdirib: “Siz nəyə, kimə etiraz edirsiniz? Bütün günü parlament dəhlizlərində hakimlərdən narazılıq etmirsinizmi? İndi nə olub? İstəmirsinizsə, iclasa gəlməyin. İmkan verin danışaq”.

Spiker Oqtay Əsədov da deputatı çıxışını bitirməyə çağırıb: “Kiməsə dərs keçmə”.

NUH informasiya agentliyi səhifəsindən çap edilib