Dərc edilib: 02-11-2018

https://www.nuh.az/17753-.html

Deputatdan himnlə bağlı qalmaqallı təklif: “Həcmi azaldılsın”

02.11.2018 15:09:55

Mədəniyyət

"Mən uşaqlarım hələ kiçik yaşlarında olanda onları məcbur etmişəm ki, dövlət himnimizi əzbərləsinlər, bilsinlər”.

 modern.az   məlumatına görə, bunu Milli Məclisin bu gün keçirlən iclasında deputat Tahir Kərimlideyib.
Deputat dövlət himinin həcminin azaldılmasını təklif edib.
"Dünya ölkələrinin əksəriyyətində dövlət himnləri 2 dəqiqə səsləndirilir. Ancaq bizdə isə dövlət himnimiz 4 dəqiqə davam edir. Hesab edirəm ki, bunun həcmini azaltmaq lazımdır. Əzəmətli himnə çevirmək lazımdır.
Bildiyimiz kimi, dahi bəstəkarımız Üzeyir Hacıbəyov Sovet ittifaqının da himnini hazırlayıb. Açığını deyəcəm, o bundan daha cazibədar idi. Təklif edirəm ki, himnin həcmi azaldılsın”.

NUH informasiya agentliyi səhifəsindən çap edilib