Dərc edilib: 04-11-2018

https://www.nuh.az/17774-.html

“Türkiyə Ukrayna ilə münasibətləri möhkəmləndirəcək”

04.11.2018 13:31:11

Mədəniyyət

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı həmkarı Pyotr Poroşenko ilə görüşüb.


“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, hər iki prezident görüşdən sonra ortaq bəyanat yayıb. Ərdoğan açıqlamasında Türkiyənin Ukrayna ilə münasibətlərinin daha da qüvvətlənəcəyini, ticarət həcminin isə 10 milyard dollara çatacağını deyib: “Görüşümüzdə regional məsələləri müzakirə etdik. Ukraynanın siyasi birliyinin qorunmasının vacibliyini bildirdim.

Türkiyə Ukraynada aparılan islahatları dəstəkləyir və bu islahatların bütün bölgənin xeyrinə olacağına inanır”.

NUH informasiya agentliyi səhifəsindən çap edilib