Dərc edilib: 05-11-2018

https://www.nuh.az/17784-.html

Fədayəyə 6 il cəza istənildi

05.11.2018 13:39:19

Kriminal

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dustaqlar - "Qoca" ləqəbli avtoritet Etibar Məmmədov və Əli Ağaminin vaqondan qaçmasına görə təqsirləndirilənlərə cəza istənilib. 

"Qafqazinfo"nun prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, hakim Azad Məcidovun icraatında olan prosesdə dövlət ittihamçısı Orxan Kəngərli çıxış edib. 

O. Kəngərli müğənni Fədayə Laçının 6 il, Əli Ağaminin 20 il, Penitensiar Xidmətin tabor komandiri Bəhruz Abdullayevin 10 il, qarovul rəisi Ceyhun Səmədovun 10 il, müavinləri Tural Poladxanovun 8 il 6 ay, Fuad Hacıyevin 8 il 6 ay, taksi sürücüsü Məhəmməd Hacıyevin 8 il, "Qoca"nın tanışları və ona qaçmaqda kömək edənlər - Günay Atakişiyevanın 7 il, Aqil Nəcəfovun 10 il, İsrafil Soltanovun 8 il, Şahmar Bəyəlizadənin 8 il, Tərlan Zeynalovun 8 il, Anar Əsgərovun 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. 

Prokuror Ə. Ağamiyə bu iş üzrə 11 il cəza istəyib, o qətlə təqsirləndirilərək Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 19 il müddətinə azadlıqdan məhrum edilib. Buna görə cəzalar birləşdirilməklə ona ümumi 20 il cəza istəyib. 

NUH informasiya agentliyi səhifəsindən çap edilib