Dərc edilib: 05-11-2018

https://www.nuh.az/17785-.html

İsa Məsih Edessa kralı olub: peyğəmbərin gerçək portreti (FOTO)

05.11.2018 14:04:21

Mədəniyyət

Əsrlər boyu elm adamları Xristian dininin peyğəmbəri İsa Məsihin necə göünməsi ilə bağlı suallara cavab axtarıblar.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, ingilis tarixçi Ralf Ellis bizim eranın 1-ci əsrindən qalan bürünc pul sikkəsinin üstündəki təsvirin İsa Məsihə aid olduğunu iddia edib.
Alimlər bu vaxta qədər 24 millimetr sikkənin üzərindəki təsvirin Mesopotamiyada yerləşən Edessanın (indiki Türkiyənin cənub-şərq hissəsi) kralı Manuya aid olduğunu düşünürdülər.
30 illik araşdırmadan sonra Ralf Ellis əslində Manu və Məsihin eyni adam olduğu qənaətinə gəlib. Onun fikrincə bu tapıntı müasir tarixin ən önəmli kəşflərindən biridir. Tarixçi hər iki şəxsin həyatını araşdırıb və onlar arasında elə də ciddi fərq olmadığı fikrinə gəlib.
Ellis bildirib ki, kral Manu öldükdən sonra "Kral İsas Manu" və "Kral İsa Emmanuel" adlandırılıb.
Əgər bu həqiqətdirsə, sikkənin üzərindəki təsvir də İsa Məsihin yeganə gerçək portretidir.
Qeyd edək ki, İsa peyğəmbər Qərb Mədəniyyətinin ən çox rəsmi çəkilən şəxslərindən olsa da, gerçəkdə necə olması ilə bağlı İncildə heç bir məlumat yoxdur.
Ellisin bu araşdırması onun "Edessa kralı İsa" adlı kitabında qeyd olunub.

NUH informasiya agentliyi səhifəsindən çap edilib