Dərc edilib: 06-11-2018

https://www.nuh.az/17795-.html

Generaldan yeni rəis - Təyinatı

06.11.2018 12:02:14

Hadisə

Bir neçə gün öncə prezident İlham Əliyevin sərəncamı ilə Dövlət Gömrük Akademiyasının rəisi vəzifəsindən azad edilən İsmayıl Ağaqulu oğlu Ələkbərova yeni vəzifə həvalə olunub.

“Qafqazinfo”nun məlumatına görə, Dövlət  Gömrük  Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyevin müvafiq əmri ilə o, Baş Gömrük Mühafizə Xidmətinin rəisi təyin edilib.

Qeyd edək ki, İ. Ələkbərova qədər bu posta general-mayor Vurğun Süleymanov rəhbərlik edirdi.

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib