Dərc edilib: 06-11-2018

https://www.nuh.az/17798-.html

Parlamentdə “uşaqpulunun” artırılması təklif edildi

06.11.2018 12:45:08

Maraqlı

Ailə, qadın və uşaq problemləri komitəsinin sədri Aqiyə Naxçıvanlı çoxuşaqlı ailələrə verilən müavinətin artırılmasını, həmçinin  3 yaşına qədər çoxuşaqlı  ailələrə verilən müavinətlərə yenidən baxılmasını təklif edib. 

“Qafqazinfo” xəbər verir ki, komitə sədri parlamentdə büdcə müzakirələri zamanı deyib ki, həmçinin bu ailələrin mənzil probleminin həlli üçün güzəştli ipoteka kreditləri ayrılmalıdır. 

A. Naxçıvanlı həmçinin zorakılıq qurbanları  üçün “Qaynar xətt”lərin yaradılmasını da təklif edib. O, bu təcrübənin qonşu Rusiyada da olduğunu vurğulayıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib