Dərc edilib: 07-11-2018

https://www.nuh.az/17815-.html

“İki gün şəhərdən iy getmədi” - Deputat

07.11.2018 13:06:01

Cəmiyyət

“Dövlətin lap imkanı varsa, hər 2-3 ildən şəhid ailələrinə 11 min manat versin. Vallah, şəhid ailələri demək olar ki, hər gün dövlət qurumları qarşısında toplaşırlar. Bu, düzgün deyil” 


“Qafqazinfo” xəbər verir ki, bunu deputat Qüdrət Həsənquliyev parlamentdə büdcə müzakirələri zamanı çıxışında deyib. O qeyd edib ki, bütün bu məlumatlara bizim düşmənlərimiz də baxır: “Lap tikinti sektoruna ayrılan vəsaitdən bu sahəyə ayrıla bilər. Onların ya övladları, ya da həyat yoldaşları şəhid olublar”.

O, həmçinin əlavə edib ki, gələn ilin büdcəsindən 7 milyard manat  pul tikinti işlərinə ayrılıb: “Bu 7 milyard hansı sahələrə ayrılacaq? Ümumi şəkidə dəmiryol, neft şirkətinə ayrılması qeyd olunub. 60 yeni layihə maliyyələşdiriləcək. 114 obyekt  isə istifadəyə veriləcək. Büdcənin təxminən üçdə birinin tikintiyə ayrılması nə dərəcədə düzgündür? Ondansa yeni zavod tikilsə yaxşı olar. Hər hansı texnogen qəza şəhərin böyük hissəsini fəlakətlə üz-üzə qoyacaq. Bu yaxınlarda SOCAR-ın zavodundan kislota dağıldılmışdı. İki gün şəhərdən iy getmədi”.

NUH informasiya agentliyi səhifəsindən çap edilib