Dərc edilib: 07-11-2018

https://www.nuh.az/17824-.html

Ermənistandan Dağlıq Qarabağa hərbçi daşıyan avtomobil aşdı: 4 əsgər öldü

07.11.2018 16:58:19

LIVE

Dağlıq Qarabağda Ermənistan ordusunun 4 əsgəri avtomobil qəzasında ölüb.

 news.am  xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovanisyan məlumat verib.
Nazirlik rəsmisi bildirib ki, hadisə noyabrın 7-də Gorus rayonu ilə Azərbaycanın işğal altındakı Qubadlı rayonu arasındakı avtomobil yolunda baş verib. Müdafiə Nazirliyinə məxsus "KamAZ” markalı yük maşını yolun 39-cu km-də aşıb. Nəticədə 4 əsgər ölüb. Bunlar 1998-ci ildə anadan olmuş Ayrapet Nairyan, 1998-ci il təvəllüdlü Qrant Qasparyan, 1998-ci ildə anadan olmuş Edqar Unanyan və 1998-ci il təvəllüdlü David Melkonyandır. Onların hamısı 2017-ci ildə hərbi xidmətə çağırılanlardır.

NUH informasiya agentliyi səhifəsindən çap edilib