Dərc edilib: 10-11-2018

https://www.nuh.az/17860-.html

Eldar Mahmudovun oğlu Londonda maliyyə şirkəti açdı

10.11.2018 15:42:51

Reportaj

"Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu Anar Mahmudov da İngiltərədə maliyyə şirkəti açıb”.

mia.az   xəbər verir ki, bu barədə məlumatı hazırda ölkə xaricində yaşayan jurnalist Cavanşir Həsənli verib. Bildirilir ki, "MEA CAPITAL LIMITED” adlı qurum keçən ayın 11-də Londonda qeydiyyatdan keçirilib. Şəhadətnamə nömrəsi 11618237.
Təsisçinin qeydiyyat ünvanı: Union House Walton Lodge, Bridge Street, Walton-On-Thames, Surrey, United Kingdom
 
"Yeri gəlmişkən, bu ünvan Temza çayı sahilində yerləşir və bahalı villaları, yaxtaları ilə məşhurdur. Keçmiş kənd təsərrüfatı İsmət Abbasovun oğlu Yunis Abbasovun da Walton-On-Thamesda villası və yaxtası var.
Şirkətin adının mənası da aydındır: Mahmudov Eldar Anar".
Jurnalist həmçinin iddia edir ki, Anar Mahmudovun qayınatası Cahangir Hacıyevin Beynəlxalq bankdan oğurladığı pullar da MEA-nın təsisində istifadə olunub.
 

NUH informasiya agentliyi səhifəsindən çap edilib