Dərc edilib: 12-11-2018

https://www.nuh.az/17877-.html

Ukraynada erməni azərbaycanlını etnik zəmində gülləbaran edərək öldürdü

12.11.2018 15:12:45

Cəmiyyət

Ukraynanın Kirovoqrad vilayətinin Kropivnitskiy şəhərində Ermənistan vətəndaşı, 1980-cı il təvəllüdlü Boqdasaryan Aznavur Eduardoviç avtomat silahla Azərbaycan vətəndaşı, 1972-ci il təvəllüdlü Əsgərov Əlövsət Cabir oğlunu gülləbaran edərək öldürüb.
"Report”un Ukrayna bürosuna yerli polisdən verilən məlumata görə, tərəflər arasında yaranan mübahisə sonda etnik zəminə keçib.
Ə.Əsgərov Boqdasaryanın etnik zəmində təhqirlərinə dözməyərək ona zərbələr endirib. Buna cavab olaraq Ermənistan vətəndaşı avtomobilindəki avtomat silaha əl ataraq açdığı atəş nəticəsində silahın darağındakı bütün güllələri həmyerlimizin bədəninə boşaldıb. Hadisəni törədən A.Boqdasaryan hadisə yerindən qaçıb, polis onu axtarır. 

NUH informasiya agentliyi səhifəsindən çap edilib