Dərc edilib: 14-11-2018

https://www.nuh.az/17907-.html

Neft Emalı Zavodunda baş verən yanğın nə üçün gizlədildi?

14.11.2018 12:43:27

Hadisə

Son  günlər Şimal Elektrik Stansiyasında (ES) , bu gün isə Samux ES-da baş verən yanğınla bağlı məlumat yayılıb.

 Yanğının qarşısını almaq  üçün  Azərenerji-nin və Fövqəladə Hallar Nazirliyinin ( FHN ) rəhbərliyi  hadisə yerində olublar.

 

NUH.az-a daxil olan məlumata görə, noyabrın 11-də gecə saat 23-00 radələrində  Neft Emalı zavodunda  güclü yanğın olub.

Yanğın o dərəcədə təhlükəli  olub ki,  hadisə yerinə  27  yanğınsöndürən  maşın  və  8  ambulans  gətirilib. Yanğın baş verəndən 30 dəqiqə sonra hadisə yerinə  FHN şefi  Kəmaləddin Heydərov  gəlib.

Mənbənin məlumatına görə, səhər saat 04-00 radələrində yanğın çox çətinliklə söndürülüb.

Çox maraqlıdır ki, ölkənin ən iri strateji obyektlərindən birində baş verən  yanğın nə üçün gizlədilib ?

Qarşı tərəfin mövqeyini öyrənmək üçün telefon əlaqəmiz (+99412) 521 23 21 alınmadı.

 

  NUH.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib