Dərc edilib: 16-11-2018

https://www.nuh.az/17933-.html

Prezident sədr müavini ilə bağlı sərəncam imzaladı

16.11.2018 08:19:58

Hadisə

Prezident İlham Əliyev Əvəz Qocayevə “Əməkdar mühəndis” fəxri adı verilməsi haqqında sərəncam imzalayıb.
 
“Qafqazinfo” xəbər verir ki, sərəncama əsasən, Azərbaycan avtomobil yollarının 100 illiyi münasibətilə və Azərbaycanda yol-nəqliyyat infrastrukturunun inkişafında xidmətlərinə görə Əvəz İlyas oğlu Qocayevə “Əməkdar mühəndis” fəxri adı verilib.

Qeyd edək ki, Ə. Qocayev “Azəravtoyol” ASC sədrinin birinci müavini postuna rəhbərlik edir.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib