Dərc edilib: 17-11-2018

https://www.nuh.az/17940-.html

Gələn ildən bu yol pullu olacaq

17.11.2018 10:11:04

İqtisadiyyat

Ələt-Astara-İran sərhədi avtomobil yolu gələn ildən ödənişli ola bilər.

"Qafqazinfo" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov deyib.

Onun sözlərinə görə, yollarda ödəniş üçün turniketlər artıq sifariş verilib: "Avtomobil yolu artıq istifadəyə verilib. Ödəniş üçün turniketlər Cənubi Koreyadan sifariş olunub. Artıq yaxın günlərdə həmin turniketlər gətirilərək yolda quraşdırılmasına başlanacaq. Turniketlər quraşdırılandan sonra yol ödənişli olacaq. Gələn ildən yolun ödənişli olması nəzərdə tutulur".

NUH informasiya agentliyi səhifəsindən çap edilib