Dərc edilib: 18-11-2018

https://www.nuh.az/17959-.html

BDU-nun giriş-çıxışı bağlandı: Abel Məhərrəmov həbs olunur?

18.11.2018 15:30:44

Kriminal

Abel Məhərrəmovun işdən çıxarılmasından sonra Bakı Dövlət Universitetində total yoxlamalar başlayıb.

 yenicag.az  xəbər verir ki, ötən gündən etibarən ali təhsil ocağına giriş-çıxış bağlanılıb, hər tərəf möhürlənib.
Yoxlamaları bir neçə qurumun ortaq apardığı bildirilir.
Yoxlamaya gələn şəxslər işdən çıxarılan rektor Abel Məhərrəmovun 19 illik fəaliyyətini təftiş edirlər. Giriş-çıxışa məhdudiyyət qoyulmasının səbəbi isə binadan hər hansı bir sənədin çıxarılma ehtimalının qarşısını almaqdan ibarətdir.
Yoxlamalar nəticəsində ciddi həbslərin olacağı gözlənilir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib