Dərc edilib: 19-11-2018

https://www.nuh.az/17968-.html

Azərbaycanda ardıcıl 5 gün iş olmayacaq

19.11.2018 12:55:08

Maqazin

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni illə əlaqədar ardıcıl 5 qeyri-iş günü olacaq.
Qaynarinfo xəbər verir ki, 2018-ci ilin dekabr ayının 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, 2019-cu ilin yanvar ayının 1 və 2-si isə Yeni il bayramı münasibətilə qeyri-iş günüdür. Dekabrın 29-u şənbə, 30-u isə bazar gününə təsadüf etdiyindən ardıcıl 5 gün - dekabrın 29, 30 və 31-də, yanvarın 1 və 2-də iş olmayacaq.

NUH informasiya agentliyi səhifəsindən çap edilib