Dərc edilib: 21-11-2018

https://www.nuh.az/18000-.html

Sabah "Bank Standard"ın zərərçəkənləri bir araya gələcək

21.11.2018 18:17:42

Günün sitatı

"BANK STANDARD"IN KREDİTORLARININ VƏ MƏTBUATIN NƏZƏRİNƏ

 

22 noyabr saat 15.00-da Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) binasında (Babək prospekti, 16) "Bank Standard"ın Kreditorlar Komitəsinin növbəti iclası keçiriləcək. İclasda bankın ləğvetmə prosesi (proses kobud pozuntularla həyata keçirilir!), habelə onun müflisləşməsində təqsirləri ehtimal olunan şəxslərə (Mərkəzi Bank, Maliyyə Bazarlarına Nəzarət Palatası, “KPMG” audit şirkəti və s.) qarşı məhkəmə prosesləri müzakirə olunacaq. Kreditorlar və mətbuat dəvətlidir. İclasa ƏSF rəhbəri Vüqar Abdullayev də dəvət olunub.

NUH informasiya agentliyi səhifəsindən çap edilib