Dərc edilib: 22-11-2018

https://www.nuh.az/18005-.html

Eldar Əzizov baş direktora şiddətli töhmət verdi

22.11.2018 10:21:06

İqtisadiyyat

Bakı Şəhər İcra Hakimiyyəti başçısı Eldar Əzizov baş direktora töhmət verib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, icra hakimiyyəti əməkdaşları tərəfindən paytaxtda yaşıllıqların vəziyyəti yoxlanılıb. Bu zaman bir sira nöqsanlar, o cümlədən parklarda yaşıllıqlara zəif qulluq göstərilməsi aşkar olunub.

E.Əzizov tərəfindən bununla bağlı dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq işində yol verdiyi ciddi nöqsanlara görə, Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin baş direktoru Vaqif Novruzova son xəbərdarlıqla şiddətli töhmət verilib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib