Dərc edilib: 22-11-2018

https://www.nuh.az/18007-.html

Prezidentin Aşqabadda rəsmi qarşılanma mərasimi olub

22.11.2018 10:31:45

Siyasət

Prezident İlham Əliyevin bu gün Aşqabaddakı Müstəqillik Meydanında rəsmi qarşılanma mərasimi olub.

"Qafqazinfo" xəbər verir ki, Azərbaycanın və Türkmənistanın dövlət bayraqlarının dalğalandığı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. 

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov prezident İlham Əliyevi qarşılayıb. 

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında prezidentlərin qarşısından keçib. 

NUH informasiya agentliyi səhifəsindən çap edilib