Dərc edilib: 24-11-2018

https://www.nuh.az/18029-.html

Övladını itirmiş atanın səsinə səs verin.. Prezidentə müraciət. VİDEO

24.11.2018 14:16:20

Region

Bakı şəhər Qaradağ rayonu Sahil qəsəbəsində yaşayan İsmayılov Şəmsəddin Abbasəli oğlu məmur özbaşınalığından bezara gəlib..

Redaksiyamızın poçtuna daxil olan şikayət ərizəsinə əsasən İsmayılov Şəmsəddin Abbasəli oğlu bildirmişdir ki, İsmayılov Elsevər Şəmsəddin oğlu 16 oktyabr 2017-ci il tarixdə saat 12 radələrində Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi ərazisində fəaliyyət göstərən “Metalkonstruksiya Zavodunun” “Metal Quraşdırma” sexində “BCC Group” MMC-də qaynaqçı vəzifəsində işləyərkən, əlindəki körpülü kranın idarə etmə pultunu yanında olan, şirkətdə qaynaqçı işləyən Abışov Vamiq Xanəli oğluna vermiş, sonuncu kranın qarmaqlarını etibarlı şəkildə konstruksiyaya ilməklənməsinə və ətrafda adamların olmamasına əmin olmadan pultun kranı idarəetmə düyməsini basmış, qalxmaqda olanın kranın qarmaqları yaxınlıqdakı KR-34 nömrə çəkili metalkonstruksiyanı bir tərəfdən qaldıraraq, İsmayılov Elsevər Şəmsəddin oğlunun üzərinə aşırdığından, sonuncu konstruksiyanın altında qalaraq dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vurması nəticəsində onun sol tərəfi ağ ciyəri ilə ürəyinin zədələnməsi, döş qəfəsi sol yarısının 2, 3, 4, 5, 6, 7-ci qabırğalarını, sol bazu və sol baldır sümüyünün qəlpəli sınıqları, döş qəfəsinin sol yarısının qamçırı və sair xəsarətləri alaraq massiv qan itirməsi səbəbindən yerindəcə ölmüşdür.



Oğlum mərhum İsmayılov Elsevər Şəmsəddin oğlu iş başında olarkən aldığı bədən xəsarətlərindən ölməsini eşidən və bilən mən atası Şəmsəddin İsmayılov bacanağım Məmmədov Elşən İsa oğlu və yeznəm Quliyev Teymur Vəli oğlu ilə birlikdə dərhal hadisə yerinə gələrkən oğlumun başında dəbilqəsi olmadan ağır metalkonstruksiyanın altında yerə uzanmış vəziyyətdə qalmasının şahidi olduq.
Orada dayanan polis əməkdaşları ilə Qaradağ rayon Prokurorluğunun müstəntiqi Yusif adlı şəxslə apardığım söhbətlərimizdən mənə və yaxınlarıma məlum oldu ki, hadisənin baş verdiyi andan uzun müddət keçməsindən sonra hadisə yerinə çağırılmış təcili tibbi yardım briqadasının həkimi oğlum Elsevər İsmayılovun yerdə uzanıqlı vəziyyətdə olan hərəkətsiz bədənini müayinə edərək, artıq onun ölməsini ətrafda dayanan polis əməkdaşları ilə Qaradağ rayon Prokurorluğunun müstəntiqi “Yusif adlı” şəxsə bildirdikdən sonra, oğlum İsmayılov Elsevərin hərəkətsiz bədənini Qaradağ rayon Prokurorluğunun müstəntiqi Yusif adlı şəxslə birlikdə təcili tibbi yardım maşınına qoyduraraq xəstəxanaya apartdırmaqla orada ona ilkin tibbi yardımın göstərilməsini, mütəxəsis  ekspert həkimlərinin vasitəsilə onun dəqiq aldığı bədən xəsarətləri nəticəsində massiv qan itirməsi səbəbindən ölməsinin müəyyən etdirilməsini, məhz ondan sonra mərhum Elsevər İsmayılovun meyidinin morqa təhvil verilməsini təmin etdirmədən, həmin təcili tibbi yardım həkim briqadası oğlum Elsevər İsmayılovun bədənində axan qanını durdurmadan belə onu metalkonstruksiyanın altında qoymaqla gəldikləri təcili tibbi yardım maşınına minərək hadisə yerini tərk etmişlər.


 Bu ərəfədə baş vermiş hadisə yerində oğlum İsmayılov Elsevər Şəmsəddin oğlunun istehsalat qəzası nəticəsində aldığı bədən xəsarətləri ilə əlaqədar olaraq onun massiv qan itirməsinə yol verməməklə ölməsinin qarşısını almaq məqsədi ilə oğlum Elsevərin işlədiyi “Metalkonstruksiya Zavodunu” “Metal Quraşdırma” sexinin və ya “BCC Group” MMC-nin rəhbər vəzifəli şəxslərinin hadisə yerinə gələrək ona təcili tibbi yardım xidmətlərinin göstərilməsini, onun təcili olaraq xəstəxanaya çatdırılmasını təmin etdirmədiklərindən, həmin rəhbər vəzifəli şəxslərinin günahları üzündən oğlum Elsevər İsmayılov aldığı bədən xəsarətləri nəticəsində massiv qan itirməsi səbəbindən ölmüşdür.
Metalkonstruksiya Zavodunun “Metal Quraşdırma” sexinin və ya  BCC Group” MMC-nin rəhbər vəzifəli şəxslərinin hadisə yerinə gələrək, özlərinin səlahiyyətləri çərçivəsində müvafiq texniki-təhlükəsizlik qaydaları üzrə məsul vəzifəli şəxslərdən  ibarət tərkibdə komissiya   yaratmaqla insan tələfatı ilə bağlı baş vermiş ağır növ istehsalat qəzasının hansı səbəbdən və tabeçiliklərində olan hansı məsul vəzifəli şəxslərin yol verdikləri vəzifə səhlənkarlıqları   üzündən törədilməsini, hadisə yerində ağır yük qaldıran kranı işlək vəziyyətdə qoyaraq gedən kran idarə edənlə yanaşı, kranların iş prinsiplərinə və təhlükəsizlik qaydalarına əməl edilməklə istismarına cavabdeh olan vəzifəli şəxslərin müəyyənləşdirilərək sənədləşdirilməsi barədə müvafiq qanuni tədbirlərin görülməməsi faktının da şahidi olduq.
 

Mənbə: Detektiv Lyuks

NUH informasiya agentliyi səhifəsindən çap edilib