Dərc edilib: 24-11-2018

https://www.nuh.az/18040-.html

Türkiyədə "Lotu Quli" barədə qərar verildi

24.11.2018 18:41:05

LIVE

"Lotu Quli" ləqəbli "qanuni oğru" Nadir Səlifov bu gün azadlığa buraxılıb.

 missiya.az  bildirir ki, "Lotu Quli"nin yaxın ətrafından verilən məlumata görə, İstanbulda saxlanıldığı müddət ərzində Nadir Səlifov barədə araşdırmalar aparılıb. Araşdırmalar nəticəsində onun Türkiyədə qalmasında heç bir qeyri-qanuni halın olmadığı müəyyən edilib. Ona görə də Nadir Səlifov bundan sonra da Türkiyə ərazisində yaşaya biləcək. Onun sərbəst buraxılması barədə qərar bir neçə saat əvvəl çıxarılıb.
Qeyd edək ki, bir müddət əvvəl "Lotu Quli"nin Türkiyədən çıxarılacağı və Rusiyaya ekstradisiya ediləcəyi barədə məlumatlar yayılmışdı. 
Xatırladaq ki, "Lotu Quli" oktyabrın əvvəlində İstanbul Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində saxlanılıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib