Dərc edilib: 25-11-2018

https://www.nuh.az/18044-.html

Emin Fidan üçün səs istədi

25.11.2018 08:57:21

Maqazin

Xalq artisti Emin Ağalarov sabah Minskdə baş tutacaq “Junior Eurovision” yarışmasında Azərbaycanı təmsil edəcək Fidan Hüseynova üçün səs istəyib.

“Qafqazinfo” xəbər verir ki, sənətçi sosial şəbəkədə Fidanın fotosunu paylaşaraq hər kəsi həmyerlisinə dəstək olmağa çağırıb: “Junior Eurovision”da iştirak edən mənim həmyerlim Fidan Hüseynovaya dəstək oluruq və birlikdə səs veririk. Uğurlar, Fidan!”. 

Qeyd edək ki, F.Hüseynova Azərbaycanı müsabiqədə 7-ci sıra nömrəsi ilə “I wanna be like you” mahnısı ilə təmsil edəcək.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib