Dərc edilib: 26-11-2018

https://www.nuh.az/18062-.html

Rusiya Ukraynanın döyüş gəmisini vurdu

26.11.2018 13:49:21

Region

Rusiya Kerç boğazında Ukrayna Hərbi-Dəniz Qüvvələrinə məxsus gəmiyə atəş açıb.

 

“Qafqazinfo”nun “RİA Novosti”yə istinadən xəbərinə görə, bu barədə Ukrayna Silahlı Qüvvələri məlumat yayıb.

Bildirilir ki, hadisə nəticəsində gəminin göyərtəsində olan heyət üzvlərindən ikisi yaralanıb.

Bundan başqa, Rusiya Ukrayna Donanmasına məxsus 3 gəmini ələ keçirib.

Ukrayna prezidenti Petro Poroşenko baş vermiş hadisədən sonra təcili Hərbi Kabineti toplayıb. Bu barədə prezidentin mətbuat katibi Svyatoslav Tseqolko bildirib.

***

“112 Ukraina” telekanalı Ukrayna Prezident Administrasiyasına istinadən xəbər verir ki, Petro Poroşenko Xarici İşlər Nazirliyinə “G7” (Böyük 7-lik) liderlərini və BMT-nin Təhlükəsizlik Şurasını məlumatlandırmağı tapşırıb.

PA-nın bəyanatında bildirilir ki, Rusiyanın bu hərəkətinə beynəlxalq ictimaiyyət tərəfindən kəskin cavab verilməli, bu ölkəyə qarşı sanksiyalar tətbiq edilməlidir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib