Dərc edilib: 27-11-2018

https://www.nuh.az/18071-.html

Prezidentdən Hikmət Hacıyevə yüksək vəzifə

27.11.2018 12:54:38

Cəmiyyət

Dövlət başçısı İlham Əliyev Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinə yeni müdir təyinatı ilə bağlı sərəncam verib. 


"Qafqazinfo" xəbər verir ki, sərəncama əsasən, Hikmət Fərhad oğlu Hacıyev Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri təyin edilib. 

Qeyd edək ki, 39 yaşlı H.Hacıyev bir neçə ay əvvəl həmin şöbəyə müdir müavini təyin olunmuşdu. 

O, 2014-2018-ci illərdə isə XİN-in mətbuat xidmətinin rəhbəri kimi fəaliyyət göstərib

NUH informasiya agentliyi səhifəsindən çap edilib