Dərc edilib: 27-11-2018

https://www.nuh.az/18075-.html

Şeyx Çexiyadakı mülklərini oğlunun adına keçirib (FOTOFAKT)

27.11.2018 13:53:05

Dünya
Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür PaşazadəÇexiyada olan əmlaklarını oğlunun adına keçirib.

Qaynarinfo xəbər verir ki, bu barədə unikal.org-a Avropada yaşayan jurnalist Cavanşir Həsənli məlumat verib.
O, bldirib ki, Çexiyanın Ədliyyə Nazirliyinin rəsmi saytında şeyxin mülkləri ilə bağlı məlumat qeyd edilib.
Adıçəkilən ölkənin dövlət reysterində Allahşükür Paşazadə Çexiyanın Karlovı Varı kurort şəhərində yerləşən şirkətlərinin qeydiyyatını oğlu Məhəmməd Paşazadənin adına rəsmiləşdirib.
https://or.justice.cz/ias/ui/rejstrik-firma.vysledky?subjektId=191302typ=UPLNYfbclid=IwAR1IkTj_DFqcLBfyTrPVtvEZqECz6yBhJSHH_FrNWPADuTKekzzMZFtZW1Q
Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadə bu gün musavat.com-a açıqlamasında Çexiyada heç bir mülkünün olmadığını bildirib. O, qeyd edib ki, Karlovı Varıda müalicə alır.

NUH informasiya agentliyi səhifəsindən çap edilib