Dərc edilib: 27-11-2018

https://www.nuh.az/18078-.html

“Görülən tədbirlər istənilən nəticəni vermir” - Nazir

27.11.2018 16:05:35

Region

“Kölgə iqtisadiyyatında çalışan şəxslər pensiya və sosial sığorta sistemindən kənarda qalırlar. Bu isə gələcəkdə onları layiqincə pensiya almaq hüququndan məhrum edir”.


“Qafqazinfo” xəbər verir ki, bunu vergilər naziri Mikayıl Cabbarov Milli Məclisdə Vergi Məcəlləsinə edilən dəyişikliklərlə bağlı çıxışında qeyd edib.  

Onun sözlərinə görə, yeni dəyişikliklər  100 minlərlə insanın pensiya sistemindən yararlanmasına  xidmət edəcək: “Bu il ərzində qeyri-leqal məşğulluqla bağlı 4100 cinayət halı aşkar edilib. Ancaq görülən tədbirlər istənilən nəticəni vermir. Məhz bu səbəbdən də Vergilər Məcəlləsinə edilən dəyişikliyin mahiyyəti qeyri-rəsmi verilən əməkhaqqlarının kölgədən çıxarılmasıdır.  Bu da bir sıra sahələrin inkişafına xidmət edəcək. Eyni zamanda bankların kredit aktivliyinin yüksəlməsinə də xidmət edəcək və bank sistemində qeyri-nağd dövriyyəsinin artmasına imkan verəcək”

NUH informasiya agentliyi səhifəsindən çap edilib