Dərc edilib: 28-11-2018

https://www.nuh.az/18096-.html

"Putin, Ukraynadan rədd ol”

28.11.2018 13:01:24

Müsahibə

Ukrayna prezidenti Petro Poroşenko Rusiya prezidenti Vladimir Putinə onun adından məlumat yollaması üçün ABŞ lideri Donald Trampa müraciət edib.


“Qafqazinfo” Ukrayna KİV-nə istinadən xəbər verir ki, Poroşenko Tramp vasitəsilə Putindən “Ukraynadan rədd ol”masını istəyib.

“Mister Putin, zəhmət olmasa Ukraynadan rədd olun” deyə Ukrayna lideri ABŞ telekanallarından birinə müsahibəsində deyib. 

Qeyd edək ki, daha əvvəl Donald Tramp Rusiya lideri ilə G20 sammiti çərçivəsində Argentinada planlaşdırılan görüşünün Ukrayna olaylarına görə ləğv edilə biləcəyini açıqlamışdı.

NUH informasiya agentliyi səhifəsindən çap edilib