Dərc edilib: 28-11-2018

https://www.nuh.az/18100-.html

“15 yaşına qədər qarın dolusu çörək yeməmişəm…”

28.11.2018 15:20:04

Mədəniyyət

Qazaxıstan prezidenti Nursultan Nazarbayev hesab edir ki, həyatın çətinlikləri ona müsbət təsir göstərib.

 

Virtualaz.org Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, bu barədə o, bu gün Astanada keçirilən Vətəndaş forumunda deyib.

Dövlət başçısının sözlərinə görə, o, həyatın bütün çətinliklərindən keçib. “Mən kənd uşağıyam və müharibədən sonra tam yoxsulluq şəraitində yaşamışam. Geyməyə heç nə tapılmırdı, 15 yaşıma qədər yadıma gəlmir ki, doyunca çörək yeyim. Lakin ola bilsin ki, elə buna görə belə sağlam olmuşam”, – o qeyd edib.

 

Nazarbayev söyləyib ki, texniki-peşə məktəbində qazandığı poladəridən ixtisası ona çox kömək olub. O, ağır şəraitdə domna sobasında çalışıb. “Metalın temperaturu 1500 dərəcə, arxada mənfi 40 dərəcə, qarşımda müsbət 1000”.

Qazaxıstan lideri gənclərə tövsiyə edib ki, əməyə hazır olsunlar və ədalətsizliklə mübarizə aparmağ  öyrənsinlər.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib