Dərc edilib: 29-11-2018

https://www.nuh.az/18118-.html

Azərbaycan və Türkiyə qadın dövlət rəsmiləri BSU-da olub

29.11.2018 14:42:52

Dünya

 

 Noyabrın 29-da Bakı Slavyan Universitetində TÜRKAB-ın təşkilatçılığı ilə Türkiyə Cumhuriyyətinin, Qırğızıstan Respublikasının və Kuzey Kıbrıs Türk Cumhuriyyətinin Azərbaycanda səfərdə olan bir qrup qadın millət vəkili və dövlət rəsmiləri ilə görüş keçirilib. Görüşdə Türkiyə Böyük Millət Məclisinin (TBMM) AK Parti millət vəkili Mihrimah Belma Satır, TBMM müşaviri Şebnem Çıldır, TBMM Xarici əlaqələr və Protokol Başqanlğının məsul nümayəndəsi Didem Hastürk, Kuzey Kıbrıs Türk Cumhuriyyətinin (KKTC) millət vəkili Resmiye Canaltay, Türk Dünyası Qadın Platformunun (TÜRKAP) qurucuları Mehriban Alışanova, İlhamə Novruzova və  Zaid Nəhmətov, Milli Məclisin şöbə müdiri Ülviyyə Abdullayeva, Azərbaycanın millət vəkilləri Jalə Əliyeva, Kamilə Əliyeva, Qırğızıstanın millət vəkili Elvira Surabaldiyeva və YAP Qadınlar Şurasının üzvləri iştirak ediblər.

Qonaqlar əvvəlcə BSU-nun foyesində “Arzu” rəqs ansamblının təqdimatında Azərbaycan, türk və slavyan ölkələrinin milli rəqslərindən ibarət tolerantlıq rəqsinə tamaşa ediblər.

Sonra BSU-nun rektoru, professor Nurlana Əliyeva qonaqları qəbul edib. O,  Azərbaycanın beynəlxalq nüfuzundan, dünyada tutduğu mövqedən danışıb və ölkəmizin  dünyada multikulturalizm, sivilizasiyalararası dialoq və əməkdaşlıq mərkəzi kimi tanındığını bildirib. N.Əliyeva müasir dünyada bütün insanlığın əsas məqsədinin sülh və əmin-amanlıq olmasının vacibliyini vurğulayıb.  O, heç bir ananın gözü yaşı arzulamadığlını dilə gətirib.  N.Əliyeva daha sonra ölkəmizin üzləşdiyi Dağlıq Qarabağ problemindən danışıb. O bildirib ki, Azərbaycan dövləti bu probelimi sülh yolu ilə həll etməyə çalışır. Bununla yanaşı, BSU rektoru Azərbaycanın güclü, sarsılmaz ordusunun olduğunu da qeyd edib. N.Əliyeva hərbi qüvvələrimizin hər növ müasir silah, texnika və avadanlıqlarla təchiz edildiyini söyləyib.

Söhbətin davamında rektor Azərbaycan qadınlarının ölkənin ictimai-siyasi həyatındakı rolundan da söz açıb.  Onun sözlərinə görə, Azərbaycan dövlətinin uğurlu qadın siyasətinin nəticəsində qadınlarımız həyatın bütün sahələrində, o cümlədən hakim Yeni Azərbaycan Partiyasının quruculuq işlərində fəal iştirak edirlər. Türkiyənin qadın  dövlət rəsmilərinin ölkəmizə səfərini Azərbaycan-Türkiyə əlaqələrinin yüksələn xətt üzrə inkişafının göstəricisi kimi dəyərləndirən N.Əliyeva bu münasibətlərinin bütün dünya üçün örnək olduğunu diqqətə çatdırıb. Türkiyə ilə həmrəylik məsələləri barədə danışan Nurlana Əliyeva qeyd edib ki, YAP Qadınlar  Şurasının əsas prinsipi qadın dayanışmasının sərhədlərini genişləndirmək, türk dünyası qadınları arasında dialoqu artırmaq, tarixdən gələn qardaşlıq bağlarını daha da gücləndirməkdir.  Nurlana Əliyeva deyib: “Azərbaycan-Türkiyə münasibətlərini ən gözəl xarakterizə edən Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamıdır. Tarix göstərir ki, hər zaman xalqlarımız və cəmiyyətimiz bu mövqedən çıxış edərək bir-birinin köməyinə çatıblar”.

Görüş zamanı AK Parti millət vəkili Mihrimah Belma Satır çıxış edərək səmimi qəbula görə BSU rəhbərliyinə minnətdarlıq edib. Türkiyə Cümhuriyyəti rəhbərliyinin Azərbaycana salamlarını çatdıran türkiyəli millət vəkili Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasındakı dostluq və qardaşlıq münasibətlərinin ölkələrimizin və xalqlarımız arasında əlaqələrin dinamikasına əlavə güc qatdığını xüsusi vurğulayıb. Mihrimah Belma Satır iki qardaş ölkənin əlaqərinin dövlət səviyyəsində, iş adamları və sivil qurumlar arasında qurulduğunu deyib.

Görüşün sonunda TÜRKAP və türkiyəli qonaq tərəfindən BSU-ya hədiyyələr təqdim olunmuşdur.

 

 

 

BSU-nun Mətbaut Xidməti

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib