Dərc edilib: 30-11-2018

https://www.nuh.az/18128-.html

İlham Əliyev Zurabişvilini təbrik etdi

30.11.2018 10:56:42

Siyasət

Azərbaycan prezidenti İlham Əliyev Gürcüstanın yeni seçilmiş prezidenti xanım Salome Zurabişviliyə təbrik məktubu göndərib.

“Qafqazinfo” xəbər verir ki, məktubda deyilir:

“Gürcüstanın Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan ilə Gürcüstanı ənənəvi dostluq və mehriban qonşuluq münasibətləri birləşdirir. İnanıram ki, ölkələrimiz arasında qarşılıqlı etimad və dəstəyə əsaslanan strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi, əməkdaşlığımızın bütün sahələrdə bundan sonra da müvəffəqiyyətlə davam etdirilməsi və inkişafı yolunda birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Gürcüstan xalqının rifahı naminə qarşıdakı məsul fəaliyyətinizdə uğurlar diləyirə

NUH informasiya agentliyi səhifəsindən çap edilib