Dərc edilib: 30-11-2018

https://www.nuh.az/18137-.html

Zakir Qaralov yeni prokuror təyin etdi

30.11.2018 16:08:17

LIVE

İsmayıllı rayonuna yeni prokuror təyin edilib.

 "Report”   xəbər verir ki, bu barədə baş prokuror Zakir Qaralov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Tural Yusifov İsmayıllı rayon prokuroru vəzifəsinə təyin edilib. O, bu təyinata qədər İsmayıllı rayon prokuroru vəzifəsini müvəqqəti icra edib.
Qeyd edək ki, bu ilin iyul ayında İsmayıllı rayon prokuroru Ülvi Abbasov və onun böyük köməkçisi Faiq Quliyev korrupsiya ittihamı ilə həbs edilib.
 
Tətbiqlərimizi endirin, xəbərə daha yaxın olun!

NUH informasiya agentliyi səhifəsindən çap edilib