Dərc edilib: 01-12-2018

https://www.nuh.az/18151-.html

Qulinin yanına keçən Lənkəranskinin adamı güllələndi

01.12.2018 13:45:28

Kriminal

Türkiyədə azərbaycanlı kriminal aləm üzvləri arasında atışma baş verib.


“Qafqazinfo”nun verdiyi xəbərə görə, İstanbulda qeydə alınan silahlı insident zamanı bir nəfər yaralanıb.

Məlum olub ki, Lotu Quliyə yaxınlığı ilə tanınan “Pervıy Ruslan” kimi tanınan Ruslan Əhmədli (Ruslan Nəzərov İslam oğlu) yaralanıb. Məlumata görə, “Pervıy Ruslan” ayağından 2, qolundan 1 güllə yarası alıb.

Onun mərhum avtoritet Rövşən Lənkəranskinin yaxın adamları tərəfindən vurulduğu bildirilir.

***

R.Əhmədli uzun müddət Lənkəranskinin yanında olub. Son aylarda isə mövqeyini dəyişərək Qulinin yanına keçib. İnsidentin də buna görə baş verdiyi bildirilir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib