Dərc edilib: 02-12-2018

https://www.nuh.az/18159-.html

İlham Əliyev onları təbrik etdi - Yenilənib

02.12.2018 09:09:35

Siyasət

Prezident İlham Əliyev Laos prezidenti Bounyanq Voraçitə təbrik məktubu ünvanlayıb.

“Qafqazinfo”nun məlumatına görə, təbrikdə deyilir:

“Hörmətli cənab Prezident,

Laos Xalq Demokratik Respublikasının milli bayramı – Respublika Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Laos xalqına əmin-amanlıq və tərəqqi arzulayıram”.

***

Dövlət başçımız həmçinin, Əbu-Dabi Əmirliyinin vəliəhdi, Birləşmiş Ərəb Əmirlikləri Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini Şeyx Məhəmməd bin Zayed Al Nəhyanı təbrik edib: “Əlahəzrət, Birləşmiş Ərəb Əmirliklərinin milli bayramı münasibətilə Sizi ürəkdən təbrik edir, Sizə ən xoş arzularımı yetirirəm”.

***

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, baş naziri və Dubay əmiri Əlahəzrət Şeyx Məhəmməd bin Rəşid Al Məktuma təbrik məktubu göndərib: “Əlahəzrət, ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Bu xoş gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Birləşmiş Ərəb Əmirliklərinin dost xalqına daim sülh və rifah arzulayıram”.

***

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Şeyx Xəlifə bin Zayed Al Nəhyana təbrik məktubu göndərib: “Əlahəzrət, Birləşmiş Ərəb Əmirliklərinin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Birləşmiş Ərəb Əmirliklərinin dost xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib