Dərc edilib: 02-12-2018

https://www.nuh.az/18161-.html

Arvadının saçını qırxıb fotosunu sosial şəbəkədə yaydı

02.12.2018 09:41:22

Maqazin

Sosial şəbəkələrdə əri tərəfindən saçı qırxılan gənc qadının foto və videosu yayılıb. Fotodan görünür ki, kişi həyat yoldaşının saçını qırxıb, sonra isə onu videoya çəkib.


Hələlik adı və soyadı məlum olmayan kişi bunu xəyanətə görə etdiyini iddia edir. Foto və videonun həyat yoldaşının saçını qırxan kişinin özünün yaydığı bildirilir. 

 “Report”   xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məsələyə münasibət bildirib.

“Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hadisədən xəbəri var. Məsələ nəzarətimizdədir. Həmin məsələ ilə bağlı, yaşayış yeri üzrə Monitorinq Komissiyası tərəfindən iş aparılır”, - Dövlət Komitəsindən vurğulanıb. 

Qeyd edək ki, gənc qadının kimliyi məlum deyil. 

NUH informasiya agentliyi səhifəsindən çap edilib