Dərc edilib: 02-12-2018

https://www.nuh.az/18162-.html

Məşhur avtoritet “Şeyx Həmzət”ə sui-qəsd: 1 nəfər öldü (VİDEO)

02.12.2018 09:54:08

Günün sitatı

Bu saatlarda Almaniyada çeçen mənşəli məşhur kriminal avtoritet, "Şeyx Həmzət” ləqəbi ilə tanınan Həmzət Qastəmirova qarşı sui-qəsd edilib.

aztoday.az  xəbər verir ki, Berlinin Kudamm (Kurfürstendamm) rayonunda baş verən hadisə zamanı bir nəfər ölüb, 1 nəfər isə yaralanıb.
Təcili tibbi yardım maşınları və polis hadisə yerinə cəlb edilib.
Soydaşlarımızın verdiyi məlumatda bildirilir ki, "Şeyx Həmzət” sui-qəsddən sağ qurtula bilib.
Sui-qəsdi həyata keçirənlərin kimliyi məlum deyil. Hadisənin təfərrüatlarını dəqiqləşdirməyə çalışırıq.
Qeyd edək ki, Həmzət Qastəmirov 2016-cı ildə Türkiyənin İstanbul şəhərində qətlə yetirilən azərbaycanlı "qanuni oğru” Rövşən Lənkəranskinin mənəvi qardaşı və varisi hesab olunur.

NUH informasiya agentliyi səhifəsindən çap edilib