Dərc edilib: 03-12-2018

https://www.nuh.az/18184-.html

Arif Əsgərovun axtarışda olan qohumu həbs olundu

03.12.2018 16:14:57

Kriminal

Dələduzluqda təqsirləndirilən və məhkəmədən yayındığı üçün axtarışa verilən Rahib Hüseynov həbs edilib.


"Qafqazinfo"nun məlumatına görə, hakim Mirzə Xankişiyevin icraatında olan prosesin noyabrın 22-də keçirilən iclasında R.Hüseynov məhkəməyə gəlmədiyi üçün barəsində axtarışa verilməklə həbs qətimkan tədbiri seçilmişdi.

Oktyabrın 9-da baş tutan iclasda isə dövlət ittihamçısı çıxış edərək R. Hüseynovun 10 il müddətinə azadlıqdan məhrum edilməsini və məhkəmə zalında qandallanmasını tələb etmişdi.

Məhkəmənin hökmü elan etmə mərhələsində R.Hüseynov proseslərə gəlməyib və ailəsi onun yerini bilmədiyini deyib. Bu gün könüllü olaraq məhkəməyə gələn R.Hüseynov oradaca həbs olunub.

İttihama görə, R.Hüseynov "Azərbaycan Dəmiryolları" QSC-yə yataq dəstləri gətirmək adı ilə Qoşqar Zeynalovdan 4 milyon 300 min manat alaraq mənimsəyib. Digər zərərçəkən Namiq Mehdiyevə də pul “atıb”. Lakin Rahib Hüseynov özünü təqsirli bilmədiyini deyib.

R.Hüseynov eyni maddə ilə təqsirləndirilərək 9 il müddətinə azadlıqdan məhrum edilən Emil Hüseynovun qardaşıdır. 

Qeyd edək ki, adıçəkilən qardaşlar “Azərbaycan Dəmir Yolları” QSC-nin rəisi, sonra isə nəqliyyat nazirinin müavini olmuş Arif Əsgərovun baldızı oğlanlarıdır.

NUH informasiya agentliyi səhifəsindən çap edilib