Dərc edilib: 03-12-2018

https://www.nuh.az/18187-.html

“Bakcell” abunəçilərinə endirim və

03.12.2018 17:41:18

İqtisadiyyat

Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti ölkənin ən genişmiqyaslı loyallıq proqramını həyata keçirməklə öz abunəçilərini 250-dən artıq yerli və beynəlxalq tərəfdaşın 400-dən artıq satış və xidmət nöqtəsində təklif olunan eksklüziv endirimlər və imtiyazlarla təmin edir.


Artıq 5 ildir ki, Azərbaycanda ən uğurlu loyallıq proqramlarından biri hesab olunan “Ulduzum”a 3 milyona qədər Bakcell abunəçisi qoşulub. Proqramın istifadəçiləri populyar restoran və otellər, nüfuzlu geyim, parfümeriya və elektronika mağazaları ilə yanaşı, sağlamlıq, idman və əyləncə mərkəzləri, ən populyar kinoteatrlar, banklar, kitab dükanları, kabel televiziya provayderləri və digər sahələrdə fəaliyyət göstərən tərəfdaşımızın təklif etdiyi özəl kampaniyalar və endirimlərdən yararlanmaq imkanına malikdirlər.

 

NUH.az  xəbər verir ki, “Ulduzum” proqramının ən aktiv tərəfdaşları siyahısında yer alan “Hesab.az” portalı, “Park Cinema” kinoteatrlar şəbəkəsi, “166 Yük Taksisi” xidməti, “İdeal” və “Poppy Gallery” mağazalar şəbəkəsi cari mövsümdə istifadəçilərin sayı üzrə ən yüksək nəticə göstərib.

Qeyd edək ki, 2018-ci ilin may ayından etibarən “Ulduzum” tərəfdaşı olan “166 Yük Taksisi” xidmətinin 12000 nəfərdən çox müştərisi bu günə kimi proqram vasitəsilə müxtəlif endirimlərdən yararlanıb. Həmin abunəçilərə heç bir əlavə şərt olmadan yük taksisi və evakuasiya xidmətlərinə 10%, təmizlik xidmətlərinə isə 15% endirim təqdim olunur. 

Proqramın digər ən aktiv partnyorlarından olan “Park Cinema” kinoteatrlar şəbəkəsi 16000-dək  “Ulduzum” istifadəçisinə 3 kinoteatrda (Park Bulvar, Metropark, Park Zağulba ticarət mərkəzlərində yerləşən kinoteatrlar) həftənin hər cümə axşamı bütün seanslara hər 2-ci bileti pulsuz əldə etmək imkanı təqdim edilib.

“Müştərilərimiz arasında bu kampaniyaya böyük maraq var və aldığımız müştəri rəyləri arasında bu imkanın digər günlərə şamil edilməsi təklifləri də çoxdur. İstənilən şirkətin bazarda rəqabət aparmaq üçün müştəriyönümlü olması çox vacibdir. Çünki bu, müştəriyə şirkət tərəfindən verilən dəyərin göstəricisidir. Bakcell Azərbaycanın ilk mobil operatorudur, “Park Cinema” isə 1-ci kinoteatr şəbəkəsidir. Bazarın liderləri ilə çalışmaq hər zaman yeniliklərə imza atmaq deməkdir. Biz hər zaman Ulduzum və Bakcell şirkəti ilə yeni kampaniyalar keçirməyə və bu layihəyə dəstək olmağa hazırıq”, deyə Park Cinema kinoteatrlar şəbəkəsinin Satış və Marketinq Direktoru Musa Axundov bildirib.

Hər bir Bakcell müştərisi “Ulduzum”a qoşula bilər. Bunun üçün heç bir abunə haqqı tələb edilmir. Loyallıq proqramında iştirak etmək üçün “1” rəqəmini 5555 nömrəsinə SMS vasitəsilə göndərmək kifayətdir. Ulduzum barədə daha ətraflı məlumat www.ulduzum.az səhifəsində əldə oluna bilər.

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib